İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda taksi sürücüsü özünü uşaq bağçasının qapısından asıb

464 11.01.2017 15:51 Dünya A A
İrəvanda uşaq bağçasının qapısında asılı halda olan kişi cəsədi tapılıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Hadisə yerinə gələn polis əməkdaşları və müstəntiqlər asılmış şəxsin Syunik vilayətinin 38 yaşlı sakini Abraham Ağayan olduğunu müəyyənləşdirə bilib. Olay yeri yaxınlığında, həm də "Opel" markalı taksi avtobili tapılıb.

Polisin verdiyi məlumata görə, A.Ağayen evli və iki uşaq atası olub.

Eyni zamanda, A.Ağayanın avtomobil təhlükəsizlik kəməri ilə özünü asdığı müəyyən edilib.
Faktla bağlı ekspertiza təyin edilib, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR