İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA-nın tədbirində dəyəri 12 min avro olan saatlar oğurlanıb

658 11.01.2017 21:15 Dünya A A
FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən öncə oğurluq hadisəsi baş verib. 

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sı oğurlanıb.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"nin studiyasına gedərkən yoxa çıxdığı bildirilir.

Qeyd edək ki, "Hublot Big Bang" saatlarının birinin dəyəri təxminən 12 min avrodur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR