İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd rejiminin komandiri: "Türkiyə Hələbin şimal və şərqinə yaxınlaşsa, güc tətbiq edəcəyik"

1821 26.10.2016 13:13 Dünya A A
"Türkiyə Suriyanın Hələb əyalətinin şimal və şərq hissəsindəki mövqelərimizə yaxınlaşarsa, bu ölkəyə qarşı güc tətbiq edəcəyik".

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləyən güclərin komandiri bildirib.

İnformasiyaya əsasən, bu haqda  yazılı açıqlama "Reuters"ə göndərilib.

"Anadolu" agentliyinin məlumatına görə, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində müxalifətin 2 döyüşçüsü şəhid olub, 21-i isə yaralanıb, 7 avtomobil yarasız hala düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR