İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda terrora qarşı tədbirlər gücləndirilib

596 11.01.2017 21:29 Dünya A A
Əfqanıstanın Daxili İşlər Nazirliyi ölkənin paytaxtında və başqa rayonlarda baş verən partlayışlardan sonra təhlükəsizlik qüvvələrinin döyüş hazırlığına gətirildiyini bildirib.

Musavat.com xarici KİV-lərə istiandən xəbər verir ki, daha öncə Kabildə baş verən iki partlayış nəticəsində 51 nəfər həlak olub. Partlayışa görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.

Bundan əlavə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Sadık Sadıki bildirib ki, Qəndahar əyalətində qubernatorun qonaq evində baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR