İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Makkeyn Ukraynadan Putinə meydan oxudu

12698 04.01.2017 16:11 Dünya A A

ABŞ senatorlarının Gürcüstan və Ukraynaya səfərinin arxasındakı məqamlar; Rusiyaya qarşı güzəşt mövqe davam edəcək 
 
Qərbdə səyahət olunan yerlərdən poçt vasitəsilə “açıqca” (bizlərdə daha çox “otkrıtka” kimi tanınır-red.) göndərmək olduqca populyardır.

Hərçənd mobil rabitənin və onun arxasından sosial şəbəkələrin insanların həyatını tamamilə dəyişdirdiyi bir zamanda bu adət artıq dəbdən düşmüş hesab edilə bilər.

Lakin ABŞ senatoru, Rusiyanın köhnə baş ağrılarından sayılan Con Makkeyn getdiyi hər yerdə, xüsusilə Rusiyanın münaqişə törətdiyi hər bölgədə prezident Vladimir Putinə bu cür mesajlar göndərməkdə, onun düşmənlərini nümayişkaranə dəstəkləməkdə davam edir.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Senatının 3 üzvü, Con Makkeyn, Lindsi Qrem və Emi Klobuşar Gürcüstandan sonra Ukraynaya səfər ediblər.

ABŞ senatorları Gürcüstanda olduğu kimi Kiyevdən birbaşa cəbhə zonasına, Mariupola yola düşüblər. Onları Ukrayna prezidenti Pyotr Poroşenko şəxsən müşayiət edib. Proşenko ilə bərabər Ukrayna tərəfdən müdafiə naziri Stepan Poltorak, baş qərargah rəisi Viktor Mujenko və Təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinov heyətin içində yer alıb.
Maraqlıdır ki, ABŞ nümayəndə heyəti, Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələrin RUH”u adlı partiyanın  lideri Mixail Saakaşvili ilə də görüşməyə macal tapıblar.
Amerikalı senatorlar cəbhə xəttindən cəmi 4 km uzaqlıqda, Berdyansk kəndində Ukrayna ordusunun əsgərləri ilə görüşüblər.



Xatırladaq ki, Con Makkeyn həm də ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəridir.

Makkeyn Ukraynaya geniş miqyaslı hərbi yardım göstərilməsinin tərəfdarlarından biri olaraq tanınır. Onun sayəsində Ukrayna ABŞ-dan artilleriya qurğularını aşkar etməyə kömək edən, olduqca bahalı, xüsusi qurğular, Barret snayper tüfənglərini, hərbi-zirehli maşınları və digər texnikanı olduqca sərfəli qiymətlərə ala bilib. Ukrayna və Gürcüstanın “Şaxta baba”sı bu dəfə də əliboş gəlməyib. Onun hüzurunda ABŞ-ın pulları ilə qurulan, Azov dənizi akvatoriyasında sutkalıq nəzarəti həyata keçirməyə imkan verən “Aeros” tipli müşahidə sistemi Ukrayna sərhədçilərinə təhvil verilib.

Amerikalı senator burada da Rusiya prezidenti Vladimir Putinə meydan oxumağı unutmayıb. Yerli ictimai kanala müsahibə verən Con Makkeyn bildirib ki, “Rusiya Budapeşt memorandumunu (1994-cü ilin dekabrın 5-də imzalanmış, Ukraynanın nüvəsiz ölkə elan olunduğunu təsdiq edən saziş. Bu sazişin müqabilində Rusiya Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat vermişdi-red.) pozduğu kimi istənilən sazişi pozmağa qadirdir. “Rusiya yalnız güc dilindən anlayır və biz Ukraynaya hər cür silahın verilməsi və birgə təlimlərin keçirilməsi yolu ilə kömək etməliyik”, Con Makkeyn bildirib.

Kiyevin özündə Pyotr Poroşenkonun Con Makkeynlə cəbhə zonasına qəfil səfərini ABŞ-ın yeni prezidenti Donald Trampa verilən siqnal kimi qəbul edirlər.

Ekspertlərin rəyinə görə, həm respublikaçılar, həm də Demokrat Partiyasından olan nümayəndələrin döyüş zonasına səfər etməsi Donald Trampın inauqurasiyası öncəsində ABŞ-da anti-Rusiya əhval ruhiyyəsinin hökm sürdüyünü nümayiş etdirmək üçündür.
Bunu ABŞ mətbuatında dərc edilən yazılardan da görmək olar.

Amerikanın nüfuzlu “Politico” saytında məsələ ilə bağlı xüsusi məqalə dərc olunub. Məqalədə Mixail Saakaşvilinin keçmiş konsultantı Molli.K. Makyunun fikirlərinə geniş yer verilib.
“Baltıkyanılar, ukraynalılar, gürcülər və moldovanlar...bunların hamısı Rusiya ilə sərhəddə yaşamağın yeni gerçəkliyini aşkar edən xalqlardır. Onlar dərk etdilər ki, hərə öz halına yanmalıdır.

Rusiyanın təsir sahəsində qalan insanlar tədricən başa düşdü ki, Qərbi bir arada tutan dəyərlər artıq Moskvanı durdurmaq gücündə deyil. Amerikalıların qurduğu və güvəndiyi dünya nizamı dağılmaq üzrədir”, ekspert qeyd edib.

“Vladimir Putin dünyada baş verən hadisələrdən liberal nizama zərbə endirmək üçün istifadə etdi.

Картинки по запросу Putin qəzəbləndi 

ABŞ və onun müttəfiqləri hələ indi dəyən zərbənin aradan qaldırmaq üçün məhdud və ləng addımlar atır. Yeni administrasiya isə onun qarşısında durmaq yerinə yeni yol təklif edir. Tramp tərəfindən vəd edilən Rusya ilə münasibətlərin yaxşılaşdırılması layihəsi əvvəlki administrasiyaların iflas etmiş siyasətlərinin davamı olacaq”, məqalədə qeyd olunub.

“Hər iki administrasiya anlamır ki, Qərb istəsə də istəməsə də artıq müharibənin içindədir. Bu müharibə bizim ərazimizə qədər gəlməyə, bizim dəyərlərimizi heçə endirməyə, demokratiyanı məhv etməyə, bizim təşkilati şəffaflığımızı pozmağa, yaxşını pisdən ayıra bilmək imkanlarımızı yox etməyə və maraqlarımıza tərs düşən qərarlar qəbul etməyimizə cəhd edir”, -Molli Makkyu yazır.

“Rusiya bizim kimi və ya bizdən güclü olmaq istəmir. Bunun yerinə onun liderləri Qərbi, xüsusilə NATO və ABŞ-ı zəif və dağılmış halda görməyi arzu edir. Arxasında kim olursa olsun, Rusiya ilə münasibətlərin yenidən nizamlanmasının heç bir xeyri olmayacaq. Çünki Putin Rusiyasına Amerika Birləşmiş Ştatlarının düşmən kimi qalması daha şərəflidir”-, məqalədə təsbit verilib.

Vaqif Hüseyn, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR