İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin dələduz fermerləri (FOTO)

1873 25.11.2014 22:46 Dünya A A


Çində ağlasığmaz hadisə baş verib. Bu hadisənin üstü açıldıqdan sonra isə 3 nəfər fermer həbs olunub. Bu barədə Çinin “The South China Morning Post” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, fermerlərdən biri özünü Çinin müdafiə nazirin müavini, ikincisi generalı, üçüncüsü isə polkovniki kimi təqdim edərək tikinti şirkətlərindən küllü miqdarda rüşvət yığıblar. 



İlkin məlumata görə, fırıldaqçılar təxminən 5.5 milyon dollar həcmində vəsait toplaya biliblər. Onlar bu məbləği 19 tikinti şirkətindən alıblar. Çinin saxta hərbçiləri deyiblər ki, ordunun təlim-məşq mərkəzinə ehtiyacı var. Bu mərkəzləri tikmək istəyisinizsə, bəri başdan rüşvətinizi verin. 
Fermerlər icarə götürdükləri ofisi hərbi qərargah kimi tikinti şirkətlərinin rəhbərlərinə təqdim ediblər. Həmin qərargahı ziyarət edən iş adamlarına “məxfi hərbi layihələr” təqdim olunub. Fırıldaqçıların qurbanına çevrilmiş iş adamları etiraf ediblər ki, qərargahda gəzintidə olublar. Orada hərbi paltarda olan insanlarla qarşılaşıblar. Onlara nümayiş edilmiş saxta sənədlər isə dövlət layihələri kimi təqdim olunub.  

Ən maraqlısı isə odur ki, bu fırıldaqçı fermerlər özləri bu kimi fırıldağın qurbanı olduqdan sonra dələduz olmaq qərarına gəliblər. 

Elbəyi Həsənli, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR