İnsanlara hürriyət, millətlərə istiqlal!

Anqolada İslam qadağan edildi, məscidlər bağlandı

1960 26.11.2013 02:27 Dünya A A
Anqola hakimiyyəti İslam dini və rituallarının qanuni olmaması bəhanəsi ilə məscidlərin bağlanmasına qərar verib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mədəniyyət naziri Roza Kruz Silviva yerli “Angop” informasiya agentliyinə açıqlamasında bildirib ki, ölkədə İslam dini də daxil olmaqda qanunsuz qruplara qarşı mübarizə aparılır. Nazir qeyd edib ki, Anqolada qanunsuz fəaliyyət göstərən 194 dini qrup var. 

Qeyd edək ki, BMT-nin İnsan Haqları Komissarlığı bundan əvvəlki hesabatlarında Anqolada müsəlmanların təzyiqlərə məruz qaldığını qeyd edib. Bu ölkədə məscidlərə icazə verilmir, müsəlmanlar terrorla bağlı təqdim olunur.

Cənubi Afrikada yerləşən Anqolanın 18,5 milyon nəfər əhalisi var. Əhalinin əksəriyyəti xristindır.

Əsasən Qərbi Afrika ölkələrindən və Livandan köçənlərdən ibarət Anqola müsəlmanlarının sayı 90 min nəfər kimi göstərilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR