İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada Rusiya səfirinin qətli ilə əlaqədar daha bir polis əməkdaşı həbs edilib

662 20.01.2017 03:14 Dünya A A
Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib. 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı – Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.
 
Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o Ankaranın “Sincan” həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində  həbs qətimkan tədbiri seçib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR