İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara düyməni basdı: PKK-nın kökü kəsiləcək - Sensasion təfərrüat

5523 30.08.2015 18:10 Dünya A A
Rəsmi Ankara  PKK terror təşkilatının maliyyə qaynaqlarının  tamamilə kəsilməsi üçün geniş fəaliyyət planını işə salmağa hazırlaşır.
 
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, hədəf  Avropadan Van, Hakkari və Şırnaka, oradan da  İraqın şimalına köçürülən pulların qarşısını kəsməkdir.
 
MİT  (Milli  İstiqbarat  Təşkilatı)  və  polisin tədqiqatı nəticəsində müəyyən etmiş olduğu pul dövriyyəsi yaxından təqib olunacaq. Hazırda  PKK-ya  kuryerlər vasitəsilə ildə 300 milyon  avro, Avropa və Türkiyədəki bank sistemi vasitəsiylə isə  50 milyon avronun ötürüldüyü müəyyən  edilib.

                            ALMANİYAYA GÜVƏNİRLƏR
 
Həm ölkə içində, həm də  İraqın şimalında aparılan əməliyyatlarla zərbə üstündən zərbə alan PKK, düşdüyü  məngənədən xilas olmağa çalışdığı bir vaxtda , terror təşkilatının  Avropa qanadında da çətinliklərin artdığı bildirilir.
 
Türkiyə ordusunun əməliyyatlara başlamasının dərhal sonra terror təşkilatının Avropa qanadı, xüsusilə Almaniyada özlərinə yaxın siyasətçiləri işə salmaq, Qəndilə qarşı əməliyyatların dayandırılması və alman hökumətinin Türkiyəyə təzyiq etməsini təmin etmək üçün hərəkətə keçdiyi məlum olub.

                             PKK-da PANİKA 
 
PKK oxşar təşəbbüsləri, Brüssel, Paris və Strasburqda da həyata keçirmək  istəyib, ancaq məlumatlara görə, onların bu istəyi baş tutmayıb. Qruplaşma  Avropada PKK-ya dəstək üçün ictimai rəy formalaşdırmağa çalışarkən, Ankaranın terrorçuların  maliyyə mənbələrini qurudacaq bir fəaliyyət planını həyata keçirməyə başlayacağı haqqındakı  xəbərlər, PKK-nın təlaşa düşməsinə səbəb olub.

                              HƏR İL 550 MİLYON AVRO
 
MİT  (Milli  İstiqbarat  Təşkilatı)  və  polisin tədqiqatı nəticəsində müəyyən etmiş olduğu pul dövriyyəsi yaxından təqib olunacaq. Hazırda  PKK-ya  kuryerlər vasitəsilə ildə 300 milyon  avro, Avropa və Türkiyədəki bank sistemi vasitəsiylə isə  50 milyon avronun ötürüldüyü müəyyən  edilib.
PKK-nın həmçinin, Avropa ölkələrindəki kürd mənşəli vətəndaşlardan ianə, yəni xərac olaraq aldığı pulun isə 200 milyon  avronun üzərində olduğu ehtimal edilir.
 
                              14 AVROPA ÖLKƏSİNDƏ GƏZİR
 
PKK-nın  pulları  başlıca olaraq Almaniya, Hollandiya, Danimarka və Fransa başda olmaqla 14 Avropa ölkəsinin hamısında həm kuryerlər, həm  də bank sistemi ilə dövr  edir. Türkiyə bunun qarşısını alacağı halda, terror təşkilatının maliyyə resursları mühüm bir zərbə yeyəcək.
 
                               VƏQF VƏ DƏRNƏKLƏR DƏ TƏQİBDƏ
 
Türkiyə  PKK-nın filialı kimi Avropada  fəaliyyət göstərən vaqif, dərnək və təşkilatların bağlanması üçün diplomatik cəhdlər də artıracaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR