İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada 100-dən çox "Əl-Qaidə" döyüşçüsünu məhv etdi

1003 21.01.2017 04:05 Dünya A A
ABŞ Hərbi Hava Qüvvələrinin yanvarın 19-da endirdikləri zərbələri nəticəsində Suriyada 100-dən çox "Əl-Qaidə" döyüşçüsü məhv edilib.

"Report" "MİQ News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçisi məlumat yayıb.

Adının anonim saxlanılmasını istəyən məmurun sözlərinə görə, hava zərbələri "B-52" bombardmançıları vasitəsilə həyata keçirilib. O, qeyd edib ki, yaraqlıların mövqelərinə 14 mərmi atılıb. 

Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, zərbələr "Əl-Qaidə"nin Suriyanın qərbində, İdlib vilayətindəki düşərgəsinə endirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR