İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı Con Kellini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiq edib

699 21.01.2017 04:48 Dünya A A
ABŞ Senatı Con Kellini bu ölkənin daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiq edib. 

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib. Məlumatda bildirilir ki, Con Kellinin bu vəzifəyə təsdiqlənməsinin lehinə 88, əleyhinə isə 11 senator səs verib. Səsvermənin gedişatında 1 nəfər bitərəf qalıb. Con Kellinin bu vəzifəyə namizədliyi ötən il dekabrın 12-də prezident Donald Tramp tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, senatorlar bundan əvvəl Dəniz piyadaları korpusunun istefada olan generalı Ceyms Mettisi də ölkənin müdafiə naziri vəzifəsinə təsdiq ediblər. O, Trampın inauqurasiyasından sonra yeni administrasiyanın ilk üzvü olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR