İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ən müasir təyyarələrini Yaponiyaya yerləşdirdi

1583 11.01.2017 21:37 Dünya A A

ABŞ Yaponiyadakı bazalarına F-35B beşinci nəsil hərbi təyyarələrini yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dəniz Piyadaları Korpusunun mətbuat xidməti yayıb.

Təyyarələr Yaponiyaya yanvarın 9-da gəlib.

Qeyd edək ki, dekabrda Yaponiya F-35-lərin ölkə ərazisinə gətirilməsinə izn verib.

F-35 təyyarəsi tarixin ən bahalı təyyarələrindən biri hesab edilir. ABŞ bu layihənin reallaşdırılması üçün indiyə qədər 56,4 milyard dollar xərcləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR