İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ Çinə qarşı iqtisadi sanksiyalar tətbiq edəcək” — Reks Tillerson

668 12.01.2017 02:18 Dünya A A
“ABŞ Çinə qarşı iqtisadi sanksiyalar tətbiq edəcək”
 
Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə bildirib. Onun sözlərinə görə, bu sanksiyalar Şimali Koreyaya qarşı da tətbiq edilir.
 
“Düşünürəm ki, Çinə qarşı mütləq sanksiyalar tətbiq edilməlidir. Əgər bu edilməsə, o zaman BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi qadağaların heç bir mənası olmaz.
 
“Şimali Koreyanın iqtisadi gücünün 90 faizi Çindən gəlir. Çünki onların ən böyük iqtisadi tərəfdaşı məhz Çindir. Çinin də bu ticarətdə iştirakı BMT-nin sanksiya haqqında qərarlarının pozulmasıdır”, - deyə R. Tillerson bildirib.
 
ABŞ rəsmisi Rusiya ilə münasibətlərə də toxunub:
“ABŞ-Rusiya əməkdaşlığı qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır. Lakin Moskva anlamalıdır ki, Vaşinqton öz tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirməkdə davam edəcək. Rusiya ilə əməkdaşlıq terrorçuluğa qarşı mübarizədə qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulmalıdır. Biz özümüzün və tərəfdaşlarımızın mənafelərini qorumağa davam edəcəyik. Rusiya bunu anlamalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR