İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət uşaqları zəhərləyən qidalarla bağlı hərəkətə keçdi - Bakıda yoxlamalar başlayır

3690 24.09.2018 10:44 Ölkə A A

Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyi Azərbaycana gətirilən bəzi qida məhsullarının tərkibində nöqsanların aşkarlanması ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, Agentliyin Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib ki, satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilib və bu məhsulların vitrinlərdən yığışdırılması üçün keçən həftənin sonunadək vaxt verilib.

Artıq Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı mağazalarda və digər satış obyektlərində reydlərə başlayıb.

Qeyd edək ki, adları yuxarıda qeyd edilən məhsulların mağazalardan yığışdırılmasına səbəb onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR