İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diqlas” ticarət mərkəzindəki yanğın hələ də davam edir: Alov zirzəmiyə keçdi - FOTOLAR, VİDEO

6607 26.03.2019 16:46 Gündəm A A

Bakının Nizami rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzində səhər saatlarından başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.

Musavat.com xəbər verir ki, yuxarı mərtəbələrdəki yanğını söndürmək mümkün olsa da, alov zirzəmiyə keçib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zirzəmidə başlayan yanğını söndürməyə çalışırlar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin, Nizami Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub. Onlar arasında Çevik Polis Alayının rəisi Səhlab Bağırov da var.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov media nümayəndələrinə son durumla bağlı məlumat verib: “Yanğının söndürülməsi yuxarı mərtəbələrdə mədudlaşdırılıb. Lakin zirzəmi hissəsində hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 100-dən yuxarı şəxsi heyət və 20-dən çox yanğınsöndürmə avtomobili cəlb edilib. Hadisənin baş vermə səbəbləri barəsində isə müəyyən araşdırmadan sonra məlumat veriləcək. İlkin məlumata görə, gül mağazasında yanğın başlayıb. Yanğınsöndürənlər ticarət mərkəzinə çatarkən, yanğın ticarət mərkəzinin perimetri boyunca yayılıb. Ticarət mərkəzinin ərazisi təqribən 2 hektara yaxındır. Burada əsasən tikinti mateialları, geyim əşyaları olduğundan alov sürətlə yayılıb. Yanğın zamanı əməkdaşlarımızın bir neçəsində zəhərlənmə halları baş verib. Lakin bu ciddi xəsarətlər deyil. Ticarət mərkəzində yanğınsöndürmə lövhəsinin olmaması işimizi çətinə salıb. Su çatışmazlığı və başqa amillər də təsir edib. Yüzmetrlərlə məsafədən su gətirdik. Obyekt sahibi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın ətrafa geniş şəkildə yayılıb. İçəridə temperatur çox olduğu üçün əməkdaşlarımız çətinliklə hərəkət edir”.

Məğrur,
Musavat.com,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR