İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif edirlər

Azərbaycanda ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bugün keçirilən iclasında deputat Hüseynbala Mirələmov çıxış edib.

O deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: “Ağacların kəsilməsi çox böyük bəladır. Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat Cavanşir Paşazadə həmkarına dəstək verib. O deyib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.

Komitə sədri Eldar İbrahimov qeyd edib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. O təklif edib ki, bununla bağlı Cinayət Məcəlləsinə də maddə əlavə edilməlidir: “Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Bunun qarşısını almaq lazımdır. Yaşıllıq harada varsa, sağlamlıq da oradadır”.

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR