İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2018-də sensasiya -Almaniya Meksikaya uduzdu - FOTOLAR

8959 17.06.2018 21:02 Son xəbər A A

Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun 2-ci oyunu başa çatıb.

Musavat.com xəbər verir ki, Almaniya millisi Meksika ilə qarşılaşmada məğlub olub.

Meksika komandası oyunun 34-cü dəqiqəsində hesabı açıb. Oyun bu hesabla Meksika komandasının xeyrinə başa çatıb. Qolun müəllifi İrvinq Losano olub. Almaniya-Meksika matçı Moskva, "Lujniki" stadionunda baş tutub. Son dünya çempionunun sensasiyalı şəkildə məğlub olması azarkeşləri də məyus edib.

Qeyd edək ki, bu oyundan əvvəl Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyununda isə Braziliya İsveçrəni sınağa çəkəcək. Komandalar saat 22:00-da qarşılaşacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR