İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsən - torpağının altı qızıl, üstü cənnət olan rayon

2301 23.04.2018 08:15 Ölkə A A

“Yeni Daşkəsən” layihəsi həyata keçirilsə, böyük potensial reallaşa bilər

Daşkəsən rayonu Azərbaycanın ən ucqar, eyni zamanda, faydalı qazıntılarla zəngin rayonlarından biridir. Yüksək dağlıq rayonu olan Daşkəsənin bir zənginliyi turizm baxımdan çox əlverişli təbiətə malik olmasıdırsa, digəri qızıl-gümüş kimi qiymətli metallardır.

Son vaxtlar Daşkəsən rayonu tez-tez mətbuatın gündəminə gəlir - orada həyata keçirilən layihələrlə. Belə ki, bir neçə il əvvələdək ölkənin ən geridə qalmış rayonlarından sayılan Daşkəsən bu gün bütün rahatlıqlarla təmin olunmuş çoxsaylı turizm obyektləri, turizm məkanları, Çovdar qızıl zavodu ilə tanınmaqdadır.

“AzerGold” QSC daşkəsən ile ilgili görsel sonucu

Qeyd edək ki, “AzerGold” QSC ilə rayon rəhbərliyinin sıx əməkdaşlığı şəraitində “Çovdar” qızıl yatağında hasilat böyük sürətlə bərpa olunub, burada müasir standartlara cavab verən zavod qurulub. Hazırda yataqda həm hasilatın genişləndirilməsi, həm də yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər böyük sürətlə davam etdirilir. Bütün bu işlərin reallaşmasında “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimovun yüksək rolu olub. Onun işinə məsuliyyətlə yanaşması, çevik idarəetmə bacarıqları, eyni zamanda rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin prosesə yaxından dəstəyi sayəsində Çovdar qızıl zavodu qısa zamanda fəaliyyətə başlayıb (Yeri gəlmişkən, dünəndən etibarən Z.İbrahimovun adı Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna əsas namizədlərdən biri kimi hallanmaqdadır).

Qeyd edək ki, hazırda Daşkəsəndə iki böyük müəssisənin fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac duyulur. Bunlar Daşkəsən Filizsaflaşdırma Kombinatı və Alunit istehsalat sənaye sahəsidir. Hər iki müəssisə Sovet dövründə yaradılıb, böyük istehsalat müəssisəsi kimi uzun illər fəaliyyət göstərib. Bu müəssisələrdə minlərlə insan işləyib.

Bir məqamı da qeyd edək ki, Daşkəsən rayonunun yaranması,  salınması Filiz Saflaşdırma Kombinatının bazası əsasında baş verib. Kombinatda işləməyə gələn insanlar burada məskən salıb  yaşamağa başlayıblar. 

Hazırda hər iki müəssisə köhnəlib, sıradan çıxaraq işləmir. Bu iki böyük istehsal müəssisəsinin bərpa olunub yenidən işləməsi, müasir səviyyədə avadanlıqlarla təmin olunması rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşəbbüsü ilə hazırlanaraq Daşkəsən ictimaiyyətinə təqdim olunan “Yeni Daşkəsən” layihəsində əsas vəzifə kimi qarşıya qoyulub.

Bu iki böyük istehsal müəssisəsinin yenidən işə düşməsi məsələsi ilə bağlı prezident İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib. Belə ki, Daşkəsən Filizsaflaşdırma Kombinatı özəlləşdirməyə açılıb, hazırda onun satışı ilə bağlı investisiya müsabiqəsi keçirilir. Görülən tədbirlər nəticəsində yaxın zamanlarda hər iki müəssisənin fəaliyyətini tam bərpa edəcəyi gözlənilir.

Daşkəsən rayonunda əhalinin işlə təmin olunması, sosial təminatının gücləndirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Bu baxımdan, kənd təsərrüfatının inkişaf etdirilməsi, aqrar istehsalın genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, bununla da həm əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həm də rayon sakinlərinin işlə təmin olunması Daşkəsən rəhbərliyinin müəyyənləşdirdiyi əsas prioritet istiqamətlərdəndir.

Təşəbbüskarı Ə.Abıyev olan “Yeni Daşkəsən” layihəsinin reallaşdırılması nəticəsində Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir sənaye rayonuna çevrilməkdədir.

TURQUT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR