İnsanlara hürriyət, millətlərə istiqlal!

DANİB QHT Şurasının dəstəyilə dini radikalizm əleyhinə tədbir keçirdi

1040 21.12.2016 18:37 Proje A A

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili" mövzusunda konfrans keçirib. 

DANİB sədri Elməddin Behbud dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılmasının zəruri olduğunu deyib. Elməddin Behbud xüsusi ilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün səmavi dinlərin mahiyyətinin həqiqi şəkildə təbliğinə, maarifləndirmə işinin davamlı şəkildə aparılmasına hər zaman ehtiyac olduğunu bildirib.

MEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşviq Şükürov, Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasivə humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı Samid Quliyev çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu vurğulayıblar. Çıxışçılar Azərbaycanın milli və dini palitrasının əsrlərdir sülh və bərabərhüquqluluq şəraitində yaşadığını və dünyada tolerantlıq nümunəsi kimi tanındığını və milli dəyərləri qoruyub saxlamağın vacib olduğunu vurğulayıblar.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR