İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda kütləvi zəhərlənmə baş verib

574 24.03.2019 03:01 Dünya A A

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər.

Administrasiyanın nümayəndəsi deyib: "Martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər gətirilib. Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".

Onun sözlərinə görə, bütün zəhərlənlərə lazımi tibbi yardım göstərilir: "Mütəxəssislər araşdırmanın tamamlanmasına qədər vətəndaşları diqqətli olmağa çağırırlar - yalnız qaynanmış su içmək, əlləri, meyvələri və tərəvəzləri tez tez yumaq lazımdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR