İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenkonun oğlu müharibəyə getdi, bəs bizimkilər?

2491 27.08.2014 08:10 Dünya A A

Mənbə bildirib ki, 4 həftə əvvəl Alekseyə çağırış vərəqəsi gəlib: “O, indi Müdafiə Nazirliyinin terror əleyhinə əməliyyatlar keçirilən dəstəsində xidmət edir. Ola bilsin ki, Alekseyi döyüşçülər arasında başqa ad və soyadla tanıyırlar”.

Terror əleyhinə əməliyyatlar mərkəzinin qrup rəhbəri Yuri Tandit bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü ciddi aparır. Bununla belə, prezident Pyotr Poroşenko heç yerdə oğlunun orduda xidmət etməsi ilə bağlı bir kəlmə belə danışmayıb.

Bu xəbər isə bütün hallarda maraqlı paralellər aparmağa imkan verir. Bir neçə həftə öncəyə qədər ölkədə müharibə əhval-ruhiyyəsi vardı. Təəssüf, qəzetçilərin əli məmur, nazir övladlarına çatmır. Bu səbəbdən də onlara “müharibə başlasa, əlinizə silah götürüb orduya gedərsizmi” sualını verə bilmirik. Amma Azərbaycan müxalifətinin tanınmış simalarının övladlarından soruşduq: prezident, nazir, məmur oğlu olsaydız, Poroşenkonun oğlu kimi müharibəyə gedərdinizmi?


Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər hesab edir ki, hazırda ölkə üzrə bütün sahələrdə mövcud olan korrupsiya orduya da sirayət edib. Onun fikrincə, haqqında danışdığımız ənənənin Azərbaycanda olmaması məhz bu səbəbdəndir: “Ancaq Ukrayna və Azərbaycan arasında da indi fərq var. Çünki orda hazırda aktiv hərbi əməliyyatlar gedir. Azərbaycanda da aktiv hərbi əməliyyatlar getsə, səfərbərlik elan olunsa, situasiya o zaman aydınlaşar”. 


Keçmiş baş nazir Pənah Hüseynin oğlu Vaqif Hüseyn də hesab edir ki, ənənə məsələsi sadə məsələ deyil. Müsahibimiz hesab edir ki, bunu da bir çox amillərlə əlaqələndirmək olar: “Tarixi, mentalitet, təhlükəsizlik və s. O ki qaldı prezident oğlu olsaydım müharibədə iştirak edərdimmi sualına, hər şeydən öncə mən Azərbaycan vətəndaşıyam, Azərbaycan mənim vətənimdir. Ailəmdə kifayət qədər vətənpərvərlik ruhunda yetişdirildiyimi söyləyə bilərəm. Bu məsələyə də prezident oğlu kimi deyil,  vətəndaşlıq borcu olaraq yanaşaraq hərəkət edərdim”.

Sevinc TELMANQIZI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR