İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda qanlı toqquşma...

3008 15.01.2014 12:28 Dünya A A
Bu gün səhər saatlarında Rusiyanın Milli Antiterror Komitəsi Dağıstanda bir qrup yaraqlının zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatın başladığı barədə məlumat yayıb.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Xasavyurt rayonunun Karlanyurt kəndində evlərdən birində bir qrup yaraqlı mühasirəyə alınıb. Yaraqlılarla atışmada üç xüsusi təyinatlı həlak olub, beşi yaralanıb.

“İlkin məlumata görə, onlar yaraqlıların yerini müəyyənləşdirmək istəyərkən pusquya düşüblər. Həlak olanların hamısı SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləridir”- deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Bir neçə saat davam edən atışma zamanı evdəki yaraqlıların da hamısı öldürülüb. Xüsusi əməliyyatın aktiv fazası başa çatıb, ilkin məlumata görə, dörd yaraqlı öldürülüb. Hazırda onların olduğu evi minaaxtaranlar araşdırır. Bundan iki gün əvvəl də Dağıstanımn Qızılyurt rayonunda yaraqlılarla xüsusi təyinatlılar arasında döyüş olmuş və iki yaraqlı öldürülmüşdü. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR