İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çünki, onlar şərəfsizdirlər” - Ərdoğan Qərbin İÇ ÜZÜNÜ açdı - VİDEO

1882 10.12.2018 22:16 Dünya A A

Qərb hüquq müdafiəçiləri və mətbuat Fransada və Türkiyədəki etiraz aksiyalarına fərqli yanaşaraq, dürüstlüyün yoxluğunu göstərirlər.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ankarada çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Gəzidəki etirazlarda fəal işləyən hüquq müdafiəçiləri Parisdə susurlar, onlar kordur, kardır və laldır. Dünya KİV-i Fransada baş verənləri obyektiv göstərmir. Gəzi aksiyalarında bütün dünyanı ayağa qaldırdınız. Niyə, burası Türkiyə olduğu üçünmü? Gəlin, Fransadakı etirazları da eyni qayda ilə göstərin. Amma onlar göstərmirlər, çünki onlar şərəfsizdirlər. Türkiyəyə milyonlarla qaçqın axın edərkən, bizi sərhədlərimizi açmağa dəvət edənlər öz torpaqlarına yönələn insanları tikanlı məftillər və divarlar başda olmaqla, ən sərt vasitələrlə qarşıladılar. İnsan haqlarının müdafiəçisi kimdir? Bizmi, onlarmı?” – Ərdoğan deyib.

Onun sözlərinə görə, artıq heç kimsə Türkiyəyə insan haqları və azadlıqları ilə bağlı dərs verə bilməyəcək.

“Bundan sonra demokratiya və insan haqları deyiləndə, problem axtarılacaq yer əsla Türkiyə deyildir”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən keçirilən “Sarı jiletlilər” etiraz aksiyaları getdikcə daha zorakı səviyyəyə qalxır. Kütləvi etiraz aksiyaları zamanı iki minə yaxın şəxs həbs edilib, 130-a yaxın şəxs yaralanıb, xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib. Kütləvi etirazlar polislə nümayişçilərin toqquşmaları, talanlar, mağazaların və bankların dağıdılması ilə müşayiət olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR