İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin maye qaz idxalı 51,5 faiz artıb

830 23.09.2018 23:54 Kriminal A A

Avqustda Çinin xaricdən idxal etdiyi təbii maye qazın (LNG) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz artaraq 4,71 milyon tona çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Çinin Baş Gömrük Administrasiyası yayıb. Cari ilin 8 ayında isə ümumilikdə 32,63 milyon ton LNG idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz çoxdur.

Qeyd edək ki, Çində “mavi yanacağ”a tələbatın artması ölkədə hava çirkliliyi ilə mübarizə tədbirləri çərçivəsində istilik təchizatı sistemində və sənayedə daş kömürdən imtina edilməsi ilə bağlıdır. Ötənilki nəticələrə əsasən Çin LNG idxalının həcminə görə Cənubi Koreyanı ötərək, dünyada ikinci olub. Mütəxəssislər hesab edirlər ki, bu gedişlə Çin 2019-cu Yaponiyanı da ötərək, dünyada ən çox təbii maye qaz idxal edən ölkə olacaq.

“DataFusion Associates” analitik mərkəzinin proqnozlarına görə, 2020-ci ildə Çinin LNG idxalı 57 milyon, 2025-ci ildə 90 milyon, 2030-cu ildə isə ən azı 126 milyon tona çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR