İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin şəxsi diktatorluğa doğru: ölkə başçısının seçilmə müddəti dəyişdirilir

1897 25.02.2018 23:15 Dünya A A

“Ölkə bir adamın şou göstərdiyi dövrlərə geri dönür”

 

Çin ölkə rəhbərinin iki dəfədən artıq seçilməməsi ilə bağlı qaydanı dəyişdirir.

 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çinin hakim Kommunist partiyasının Mərkəzi Komitəsi bununla bağlı ölkə konstitusiyasında dəyişiklik etmək qərarına gəlib.

Əvvəlki qaydaya əsasən, Kommunist partiyasının sədri, yəni, əslində Çinin prezidenti və vitse prezidenti iki dəfədən artıq seçilə bilməzdilər. Bundan başqa, Mərkəzi Komitə Çinin indiki prezidenti sosializmin Çin xüsusiyyətlərinə uyğun inkişaf etdirilməsi ilə bağlı ideyalarını da ölkə konstitusiyasının mətninə əlavə edir. Keçən ilin oktyabrtında keçirilən 19-cu qurultayda Çin liderinin şəxsi fikirləri Kommunist partiyasının nizamnaməsinə daxil edilmişdi.

Qeyd olunur ki, ölkə rəhbərinin 10 ildən bir dəyişdirilməsi praktikası və koollektiv idarəçilik prinsipi bu vaxta qədər ölkənin dinamik inkişafının əsas səbəblərindən biri hesab olunurdu. Çinin qorxunc Mao Tzsedun dövründən sonra gələn islahatçı lideri Den Syaopin məlum qaydanı gətirərək şəxsi diktaturaların qarşısını alacağına ümid edirdi.

 

china president ile ilgili görsel sonucu

 

64 yaşlı Si Tzinpin isə birinci müddəti artıq başa vurub. Çin parlamenti formal olaraq onun 2-ci beşillikdəki hakimiyyətini təsdiq etməlidir.

Maraqlıdır ki, Si Tzinpin özü 5 il bundan öncə kommnistlər içərisində ən mötədil adam olaraq hakimiyyətə gətirilimişdi. Lakin iqtidarı ələ aldıqdan sonra o, əvvəlki lider Xu Tzintaounun “komsomolçular” deyilən liberal və islahatçı kadrlarının əksəriyyətinin vəzifəsinə son verdi və geniş təmizləmələr apardı. 19-cu qurultaydan sonra isə o, partiyanın Siyasi bürosuna özünün ən yaxın adamlarını gətirdi.

“Si Tzinpin siyasətə başladığı gündən arzu etdiyi ən sonuncu hədəfinə, yəni, 21-ci əsrin Mao Tszedunu olmaq arzusuna çatdı”, - Honkonq Çin universitetinin siyasi analitiki Villi Lam ABŞ-ın FOX (Foks oxunur-red.) kanalına verdiyi müsahibədə deyib.

 

RTR2YUW7-pic685-685x390-40754.jpg (20 KB)

 

Lam Çində baş verən sonuncu gəlişməni ölkə üçün olduqca təhlükəli sayır. “Mao Tszedun vaxtilə dalbadal dəhşətli səhvlər buraxırdı. Ona görə ki, həmin vaxt ölkədəki bütün proseslər bir adamın şousundan başqa bir şey deyildi. Si Tzinpin nə qədər qanuna sadiq olduğunu bəyan etsə, artıq son addımla siyasi balansı tamamilə pozmuş olub”.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR