İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dalğıcın xəstəliyi tibb dünyasını heyrətə saldı -VİDEO

4208 16.12.2018 02:25 Maraqlı A A

Peruda bir dalğıcın üzləşdiyi xəstəlik tibb dünyasını heyrətə salıb.

Oxu.Az-ın verdiyi məlumata əsasən, Peruda maraqlı bir hadisə yaşanıb.

Peşəkar olaraq dalğıclıqla məşğul olan 56 yaşlı Alexandro Ramosun suyun altında başına gələnlər onun həyatını tamamilə dəyişdirib.

Dörd il öncə dalğıc suyun altında olarkən bir gəmi tərəfindən təmiz hava borusu qoparılıb.

O, gözlərini açan zaman xəstəxanada olduğunu anlayıb. Məlum olub ki, dalğıc suyun altında olduğu zaman dərinliyin qəfil azalması səbəbindən qanındakı azot damarlarını qapayıb və beyninə oksigen getməyib. Bu səbəbdən, əsasən, sinəsi və çiyinlərində şişlər əmələ gəlməyə başlayıb. Getdikcə daha da böyüyən şişlər Ramosu cizgi film qəhramanı Təməl rəisə bənzədib.

Şiddətli ağrılar hiss etməsinə baxmayaraq, həkimlər hələ də onun dərdinə çarə tapa bilməyiblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR