İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliant Dadaşovanın evini su basdı, müğənni evini tərk etdi

7598 19.01.2016 11:57 Son xəbər A A
Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın "Sahil" metrosunun yaxınlığında, Z.Əliyeva küçəsində yaşadığı mənzilini su basıb. 

Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xətlərinin partlaması olub. Qəza baş verərkən qonşu evdə olmayıb.

Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən  tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.

Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib.

İlkin
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR