İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın populyar mediumu çoxsaylı qadınları zorlamada ittiham olunur

758 11.12.2018 15:52 Dünya A A

Braziliyanın Qoya ştatının prokurorluğu ölkədə populyar sayılan medium Joau Teşeyra Di Faria ilə bağlı cinayət işi aşıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Joau di Deus” (portuqal dilində “Tanrıdan gələn İoann”) adı ilə daha çox tanınan medium “terapiya”lar zamanı qadınlarla tək qalaraq onlara qarşı seksual xarakterli hərəkətlər edib.

Yerli “Globo” kanalının məlumatına görə, qadınlar tərəfindən danışılan epizodlar hələ 1980-ci illərə qədər gedib çıxır. Hətta “şəfa verən” bu adamın yanına gedib təcavüzə məruz qalan qadınlardan brinin cəmi 11 yaşı olubmuş.

Prokuror Qabriela Mansurun sözlərinə görə, hazırda onlara 200 nəfərdən çox müraciət edib. O qadınların şikayətlərini dinləmək üçün xüsusi istintaq qrupunu yaradılacağını vurğulayıb.

Картинки по запросу joao de deus

“Şəfaçı” rahib özü haqqındakı ittihamları tamamilə rədd edib. Onun vəkili Albertu Toron müvəkkilinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Vəkilin sözlərinə görə, rahib Joau di Deus nadir hallar xaricində bütün qadın və uşaqları yalnız qrup halında qəbul edib.

Qeyd olunur ki, Joao di Deus təkcə Braziliyada deyil, ölkənin hüdudlarından kənarda tanınan keşişdir. 2012-ci ildə onun seansına hətta ABŞ-ən ən populyar teleaparıcısı Opra Uinfri də baş çəkib. Joao du Deusun Venesuelanın mərhum prezidenti Uqo Çaves, Braziliyanın keçmiş dövlət başçısı İnasiu Lula da Silva ilə dostluq etdiyi bilinir.

Joau di Deus özü 8 yaşından “Tanrıdan gələn enerji” ilə insanları müalicə etdiyini car çəkir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR