İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

393 12.12.2018 22:57 Siyasət A A

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR