İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bozqurd” kitabının təqdimatı keçirilib

2493 31.07.2017 11:14 Son xəbər A A

Bu gün Milli Fikir Mərkəzinin ofisində MFM Tərcümə Şöbəsi tərəfindən tərcümə olunub, “Kitabıstan” tərəfindən nəşr edilmiş, Etatizm Akademiyası seriyasından 4-cü kitabı- Armstronqun Atatürk haqqında yazdığı “Bozqurd”un təqdimatı keçirilib.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, senzurasız nəşr edilən kitab Azərbaycanda ilk dəfə tərcümə edilib. Mustafa Kamal Atatürkün ilk bioqrafiyası olan “Bozqurd” Türkiyədə senzura ilə nəşr edilib.

Tədbirdə MFM sədri Şəhriyar Məcidzadə çıxış edib:

“Biz dünyanın ən ciddi əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasında maraqlıyıq və sizin ciddi əsərlər oxumağınız bizim priotet saydığımız məsələlər sırasındadır. Bir neçə il əvvəl bu kitabla tanış olduğum zaman qənaətim bu idi ki, bu kitab hesabatdır. İstər məzmun baxımından, istər əsərin quru cümlələrlə yazılmasına görə məndə belə bir fikir formalaşdırdı ki, bu, o zamanlar Türkiyədə fəaliyyət göstərən qurumların Mustafa Kamal haqqında hazırladığı hesabatlardandır”.

Daha sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Kitabıstan” koordinatoru Nicat Həşimzadə çıxış edərək yeni kitab haqqında müsbət fikirlər bildiriblər.

Qeyd edək ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi bundan öncə Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində”, Teodir Hertslin “Yəhudi dövləti”, Dhirenda Mohan Datta və Mahatma Qandinin yazılarından ibarət olan “Qandinin liderlik fəlsəfəsi” kitablarını tərcümə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR