İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Təhlükəsizlik Şurasında Qüdsə dair qətnamə layihəsinin müzakirəsi gözlənilir

555 18.12.2017 22:00 Dünya A A

Bu gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçiriləcək.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, iclas çərçivəsində Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsinə baxıla bilər. Mənbələr bildirirlər ki, sənəd Təhlükəsizlik Şurasında səs çoxluğu qazanacaq, lakin ABŞ onu dəstəkləməyəcək.

Ötən həftə BMT TŞ-də yaylan qətnamə layihəsində qeyd olunur ki, müqəddəs şəhər olan Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ləğv edilməlidir. Sənəd ölkələri BMT TŞ-nin müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.

Artıq Böyük Britaniya və Fransanın təşkilatdakı daimi nümayəndələri Misir tərəfindən təqdim olunan qətnamə layihəsini dəstəkləyəcəklərini bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR