İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"

378 17.12.2018 06:00 Dünya A A

Əgər müharibə edən tərəflər sülh sazişi bağlamasa və humanitar böhranın qarşısını almasalar, 2019-cu ildə Yəməndə vəziyyət daha da pisləşəcək.

"Report" AFP-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibi Antonio Quterreş Dohada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, külli miqdarda Yəmən sakini ərzaq çatışmazlığına görə faciəli şəkildə ölür. Baş katib qeyd edib ki, 2019-cu ildə sülh olmasa, dünya həmin ölkədə bugünkü gündən də pis vəziyyətlə qarşılaşacaq.

Birləşmiş Millətlər Təşkilatı liman şəhəri Hodeydənin qaynar ərazilərində döyüş əməliyyatlarına son qoymaq üçün cümə günü beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökumətlə üsyançı husilər arasında atəşin dayandırılması haqqında saziş bağlayıb. Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşib. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR