İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bloomberg”dən qlobal iqtisadi böhran xəbərdarlığı - Azərbaycanı nə gözləyir?

1640 11.08.2017 08:40 Dünya A A

Fikrət Yusifov: “Belə vəziyyətdə ən düzgün yol ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirməkdir...”

Bu ilin sonunda dünya yeni qlobal iqtisadi böhranla üz-üzə qala bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin ekspertləri bildiriblər.

Mütəxəssislərin iddiasına görə, iqtisadi böhranın başlaması üçün artıq bütün əlamətlər görünməkdədir. İyun ayında ABŞ-da kredit kartları üzrə borcların məbləği 1 trilyon dolları ötüb. Bu rəqəm 2008-ci ilin iqtisadi böhranından əvvəlki göstəricidən də böyükdür.

Məlumatda qeyd olunur ki, hazırda hər bir amerikalı ailənin banklara orta hesabla 100 min dollar borcu var. Bu kreditləri hər ay artan faizləri ilə birlikdə ödəmək isə çoxları üçün qeyri-mümkündür. Sözügedən borclar ABŞ iqtisadiyyatına güclü təzyiq göstərir. Ev əşyalarının satış həcmi 10% azalıb. Son 10 ildə ilk dəfə mağazalarda orta çek məbləği aşağı düşüb. İpoteka və avtomobil kreditləri bazarında tənəzzül yaşanır.

Ekspertlər bu böhranın bütün ölkələrə, o cümlədən, Azərbaycana da təsir edəcəyini və əvvəlki böhrandan qat-qat ağır nəticələrinin ola biləcəyini proqnozlaşdırırlar. Azərbaycan hökumətinin indidən gözlənilən iqtisadi təhlükəyə hazır olmasının vacibliyi vurğulanır.

Картинки по запросу Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında agentliyin yayılan məlumatına bu cür mövqe sərgilədi: “Son dəfə başlanan qlobal iqtisadi böhranın təməli 2007/2008-ci illərdə Amerika Birləşmiş Ştatlarında bank sistemində baş vermiş məşhur ipoteka olayları ilə qoyulmuşdu. Təməli həmən vaxtdan qoyulmuş bu tənəzzül prosesi artıq on ilə yaxındır ki davam edir və onun nə zaman yekunlaşacağına heç kim təminat verə bilmir. Bir qədər öncə böhranın köklərini daha dərindən araşdırıb, onun bu qədər davam etməsinin səbəblərini müəyyənləşdirmək üçün Qərb iqtisadçıları hətta Karl Marksın ”Kapital" əsərini yenidən vərəqləməyi belə özlərinə rəva bildilər. Lakin dəqiq diaqnozun müəyyənləşdirilməsi heç bir halda mümkün olmadı. Böhranın bu qədər davamlı olmasının başlıca səbəblərindən biri də son üç ildən artıq vaxt ərzində neftin qiymətləri ətrafında baş verən siyasi olaylardır. Yəni iqtisadi proseslərə süni müdaxilələr edilməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirir. İki ilə yaxın OPEK-ə üzv olan ölkələrin dəfələrlə bir araya gələrək neft hasilatının azaltmaqla bağlı qərar qəbul etmək istəklərinin hər dəfə boşa çıxması və nəhayət bu qərar qəbul edilən gündən başlayaraq, gözləntilərin əksinə olaraq neftin qiymətlərinin bir qədər də aşağı düşməsi təsadüfi sayıla bilməz.

Bu günlərdə bütün gözlənilənlərin əksinə olaraq ABŞ-in yeni hökumətinin Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etməsi və yaxın gələcəkdə daha sərt addımların atılacağına dair səsləndirilən bəyanatlar, dünya iqtisadi müstəvisində hadisələrin bundan sonra necə inkişaf edəcəyinə dair proqnozları bir qədər də qeyri-müəyyən macəraya yönləndirir. Belə vəziyyətdə Azərbaycan üçün ən düzgün yol qeyri-neft sektorunun sürətli inkişafı hesabına ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirməkdən ibarətdir. Bunun qaçılmaz olduğunu vaxtında dəyərləndirən ölkə rəhbərliyi artıq ikinci ildir ki, real sektorun sürətli inkişafına təkan verəcək bütün zəruri addımları atır. Bu addımların ilkin nəticələri isə qeyri-neft sektorunun əsas istiqamətlərinin hər birində nəzərəçarpacaq dərəcədədir. Bu qeyri neft sənayesi, aqrar sektor, tranzit yükdaşımalar və turizm sahələridir".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR