İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizim soyadımızdan istifadə edənlər var”

1050 13.12.2018 16:08 Dünya A A

Melania Trampdan həyat yoldaşına dəstək mesajı...

Amerikanın media qurumu Fox News-a müsahibə verən birinci ledi Melania Tramp həyat yoldaşının soyadından istifadə edərək, xeyir əldə etməyə çalışan şəxslərə od püskürüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika prezidenti Melania Tramp ABŞ mərkəzli xəbər kanalı Fox News-a müsahibə verib. Həyat yoldaşının daha bir dönəm Amerika prezidenti seçilməsi ilə bağlı suala cavabında Melania aşağıdakıları deyib: “Bəli, bu, ethimal olunan bir durumdur. Həyat yoldaşımın inanılmaz bir iş gördüyünü düşünürəm. ABŞ öz tarixinin ən yaxşı dönəmini yaşayır. Ölkənin yaxşı şeylər etməsinə davam etməsini istəyirəm” cavabını verib.

Birinci xanım bundan başqa, Ağ Sarayda yaşadığı gündəlik sıxıntılara da toxunub. Melania yaşadığı bu perioddakı ən böyük çətinliyinin adından və ailəsinin soyasından istifadə edərək, fayda əldə etməyə çalışan insanlarla məşğul olmaq olduğunu dedi. Melania “Tramp” soyasından fayda əldə etmək istəyən şəxsləri komediya ustaları, qəzetçilər, müğənnilər və yazarlar olaraq sıralayıb.

Proqram aparıcısı birinci lediyə bu durumun onu üzüb-üzmədiyini soruşub. Melania da son dərəcə üzüldüyünü və medianın dedi-qodularındansa həqiqətə fokuslanmasının vacibliyini vurğulayıb.

Gündəmi təqib etdiyini deyən Melania “Nələr olub bitdiyini təqib edirəm, həyat yoldaşıma tövsiyyələr verir və fikrimi bildirirəm. Bəzən məni dinləyir, bəzən də dinləmir. Bəzən həyat yoldaşımın üslubunu təsdiqləmirəm və bunu da ona bildirirəm” deyib.

Melania məhz həyat yoldaşı Donald Tramp kimi mediaya da “ilişib” və medianın davamlı olaraq neqativlikləri əks etdirdiyini, amma Trampın hər gün Amerika vətəndaşları üçün mübarizə apardığını deyib.

Sevinc, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR