İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Bank bankrot olunması üçün Nyu-York məhkəməsində - iki fərqli rəy

8689 14.05.2017 18:25 Siyasət A A

Fikrət Yusifov: “Düzgün addımdır”

Natiq Cəfərli: “Bu, Azərbaycanın nüfuzuna və bank sisteminə çox böyük zərbədir”

Azərbaycan Beynəlxalq Bankı Nyu-Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Journal” qəzeti yayıb. Beynəlxalq Bank bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb.

Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu-York məhkəməsinə müraciət etməsi suallar yaradıb, bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı çoxsaylı müzakirələr sırasındadır. Müraciəti əsasən, ölkə iqtisadiyyatının ağır durumu ilə əlaqələndirənlər çoxluq təşkil edirlər.

Похожее изображение

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat” açıqlamasında Nyu-York məhkəməsinə olunan müraciətin səbəbləri sadaladı: “Həmin məhkəməyə müraciət etməkdə məqsəd Beynəlxalq Bankın xarici öhdəliklərinin restruktizasiya edilməsi prosesində xarici kreditorların bankın aktivlərinə qarşı hər hansı bir iddia qaldırmasının qarşısını almaqdan ibarətdir. Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycan Respublikası Prezidentinin bankın özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanına uyğundur.

Ötən dövr ərzində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün, onun 10 milyard manata qədər toksik aktivləri dövlət tərəfindən alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmiş və dövlət tərəfindən yerləşdirilmiş bu depozitlərin 600 milyon manatı onun kapitalının artırılmasına yönəldilmişdir. Lakin atılan bu addımlara baxmayaraq, ötən dövr ərzində sağlamlaşdırılma tədbirlərinin tam başa çatmaması səbəbindən bank 2016-cı ili iki milyard manata qədər zərərlə başa vurub. Bankın maliyyə vəziyyətinin bərpası onun sağlamlaşdırılması istiqamətində daha intensiv və daha səmərəli addımların atılmasını tələb edir. Aydın məsələdir ki, bankın xarici kreditorlar qarşısında da öhdəlikləri mövcuddur və bu öhdəlikləri restruktizasiya etmədən onun tam sağlamlaşmasına nail olmaq mümkün deyil. Məsələnin həllində ləngliyə yol verməmək və prosesin uzanmaması məqsədilə Beynəlxalq Bank rəhbərliyinin birbaşa Nyu-York məhkəməsinə müraciət etməsi düzgün addımdır. Əks halda xarici kreditorlar yerli məhkəmələrin bu barədə qəbul edəcəyi qərarlardan beynəlxalq məhkəmələrə şikayət verə bilərdilər ki, bu da bütövlükdə bankın sağlamlaşdırılması prosesinin bəlli olmayan bir müddətə qədər uzanması demək olardı. Beynəlxalq Bank Azərbaycanın bank sektorunda kifayət qədər böyük çəkiyə malik bir bankdır. Ölkədə aparılan hesablaşmaların, hüquqi və fiziki şəxslərin depozitlərinin habelə mövcud kredit portfelinin az qala 2/3-i bu bankın payına düşür. Təcrübə göstərir ki, bir bankın bank sektorunda monstra çevrilməsi kifayət qədər təhlükəlidir. Bu gün dövlətin Beynəlxalq Bankın sağlamlaşdırılmasına çəkdiyi xərclərdən sonra onun səhmlərinin əsas hissəsi hökumətə məxsusdur.

Bankın xarici öhdəliklərinin restruktrizasiyasından sonra dövlətin payı bir qədər də artacaqdır. Gələcəkdə ölkənin bank sektorunda belə halların baş verməsinin qarşısının alınması məqsədilə Beynəlxalq Bankın sağlamlaşdırıldıqdan sonra dərhal özəlləşdirilməlidir. Təəssüf ki, müstəqillik illərində bu bank bir neçə dəfə sağlamlaşdırılaraq özəlləşdirilməyə hazırlansa da, bu, baş verməmişdi. Hesab edirəm ki, belə bir monstr bankın bank bazarında qalmasına yol vermək olmaz. Bu həmişə təhlükəlidir. Hətta özəl bank kimi də, bu bank gələcəkdə dünyada və ölkədə gedən müəyyən iqtisadi və maliyyə prossesləri nəticəsində maliyyə çətinlikləri ilə üzləşə bilər. Bu səbəbdən də özəlləşdirilməyə getməzdən öncə bu bankın bazasında üç bankın, ən azından isə iki bankın yaradılması lazımdır. Bu addım atılarsa, ölkənin bank sistemi gələcəkdə müəyyən təlatümlərdən sığortalana bilər”.

Картинки по запросу İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli müraciətin ciddi skandal olduğunu qeyd etdi: “Müraciət kreditorlar qarşısında olan borcların ertələnməsi ilə bağlıdır. Ən azından bundan sonra faizlər gəlməsin deyə, eyni zamanda bankın və dövlətin əmlakına kreditorlar məhkəmə qərarları ilə həbs qoyub əlindən almasın deyə, Nyu-York məhkəməsinə müraciət edilib. Əslində Azərbaycanın bank, maliyyə sistemi üçün böyük skandaldır. Ölkənin bank sektorunun, investisiya durumun aşağı səviyyədə olduğu beynəlxalq aləmdə özünü büruzə verdi. Çünki çox nüfuzlu beynəlxalq media qurumları bunu geniş şəkildə işıqlandırdılar. Söhbət 3.3 milyard dollara yaxın xarici borcdan gedir, bunu da Beynəlxalq Bank ödəyə bilməyib. Kreditlər üzrə ödənişlərin artıq zamanı da keçib.

Ən azından bu müraciət Azərbaycanın xaricdə daha böyük skandallarla üzləşməsinin qarşısını alacaq. Bu baxımdan Nyu-York məhkəməsinə olunan müraciət bu təhlükələri önləmək üçündür. Ölkə daxilindəki bütün banklarda aşağı-yuxarı vəziyyət eynidir. Bank sisteminin ümumiyyətlə, fəaliyyəti dayanmış vəziyyətdədir. Beynəlxalq Bankın bu müraciəti digər bankların xaricdən kredit götürmələrinə ciddi əngəl yaradacaq. Bu, Azərbaycanın nüfuzuna və bank sisteminə çox böyük zərbədir. Problemli kreditlər bütün banklarda var. Sadəcə, Beynəlxalq Bank dövlət bankı olduğundan dövlət onu himayə edir. Amma digər banklarda problemli kreditlər o həddə çatıb ki, idarəolunmaz vəziyyətdədir. Dövlət sonunda bu təhlükələrin qarşısını almaq üçün əl uzatmalıdır. Əks halda, bankların bir çoxu özlərini bankrot elan edib, borclarını bir müddət öz əmlakları hesabına ödəmək məcburiyyətində qalacaqlar. Ona görə də, bu müraciətin ciddi təsirləri olacaq”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR