İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikanın baş naziri istefa verdi - Yenilənib

987 19.12.2018 03:25 Son xəbər A A

00:17

Belçika Parlamentində çıxışı zamanı istefa verəcəyini açıqlayan baş nazir Şarl Mişel istefa ərizəsini Kral Flippeyə təqdim edib. 

Musavat.com xəbər verir ki, bu barədə Belçika Krallığının rəsmi tvitter hesabında məlumat verilib.  Məlumatda qeyd edilir ki, Kral istefa ərizəsini “gözlətmədə” saxlayıb. Kral bir neçə gün içində istefanı qəbul və ya rədd edəcək.

Qeyd edək ki, Kralın istefa verən şəxsin ərizəsini “gözlətmə”, “qəbul etmə” və "rədd etmə" hüququ var.

***

İstefaya səbəb hakim koalisiyanın dağılmasıdır. Belə ki, baş nazir BMT-nin Qlobal Miqrasiya Razılaşmasını imzalayacağını açıqladıqdan sonra üçpartiyalı koalisiyanın Milliyətçi ortağı olan Yeni Flaman İttifaqı koalisiyadan çəkilmişdi. Daha sonra Sosialistlər və Yaşıllar da Mişel hökumətinə “Etimadsızlıq” səsi verəcəklərini açıqlamışdılar.

Baş nazir parlamentdə söz alaraq dərhal istefa ərizəsini Kral Flippeyə təqdim edəcəyini bildirmişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR