İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

417 14.12.2018 20:50 Dünya A A

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Lukaşenko Moskvada müzakirə edəcəyi başlıca mövzunu açıqlayıb. Onun rusiyalı həmkarı ilə təbii qazın qiymətinin aşağı salınmasını müzakirə edəcəyi gözlənilir.

Belarus Prezidenti Rusiyadan təbii qazın min kubmetrinin 70 dollara satılmasını istəyir. O, müqavilələrin icra olunmasını istədiklərini vurğulayıb.

Xatırladaq ki, hazırda Belarus Rusiyadan min kubmetr qazı 129 dollara alır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR