İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumda keçirilən beynəlxalq Forumda skandal - FOTOLAR və VİDEO (yeniləndi 2)

9431 20.11.2014 14:35 Gündəm A A


Bu gün Gürcüstanın Batum şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib.

Baş redaktorun sözlərinə görə, Çexiyanın People in Need təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Burada insan haqları ilə bağlı vəziyyət tənqid edilir. Plakatlardan birində isə Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti bunu ölkələrinə qarşı diskriminasiya kimi qiymətləndirir. Və  buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir? İştirakçılardan biri -  Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər. 

Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov müsavat.com-a bildirib ki, forumun proqramında belə bir aksiya nəzərdə tutulmayıb və sərginin təşkil edilməsi İdarə Heyəti tərəfindən təsdiq edilməyib.
 
O da bəlli olub ki, bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Forumdan əvvəl bu cəhdin qarşısı alınıb. Lakin bu hərəkət heç bir ölçüyə sığmadığı üçün nümayəndə heyəti forumu boykot edir.
 
O da bəlli olub ki, Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Forumdan əvvəl bu cəhdin qarşısı alınıb. Lakin bu hərəkət heç bir ölçüyə sığmadığı üçün nümayəndə heyəti forumu boykot edir.R. Arifoğlu musavat.com -a deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə  heyətindən forumda cəmi 6 nəfər iştirak edir: "Mən onların da mövqelərini öyrəndim. Dedilər ki, bu adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gərək yoxdur. Foruma qatılmayanların bəziləri isə Prezident Administrasiyasından idarə olunurlar, iqtidar yönlüdürlər. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların içərisində müstəqil və müxalif yönümlülər də var. Sadəcə onlar, ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər. Onlar deyirlər ki, heç olmasa, ikinci başqa bir ölkəni, lap elə Belorusu da bu cür tənqid etsəydilər, heç bir iradları olmazdı. Forumda iştirak edən nümayəndə heyəti üzvləri isə bu hadisəyə görə qatılmayanlarıl qınayıb. Onlar deyiblər ki, boykotçular Azərbaycanın imicinə daha ciddi zərbə vurdular....  "  Azərbaycan nümayəndə heyəti bir neçə televiziyaya müsahibə veriblər.
Ermənilər skandalı yaxından izləyirlər və çəkirlər. 
 
Rauf Arifoğlu Forumda Gürcüstan prezidentinin və baş nazirinin iştirak etməməsinə də diqqət çəkib. Onun öyrəndiyinə görə, məhz foyedə baş verən bu skandala və nümayəndə heyətlərinin çəkişmələrinə görə Gürcüstan prezidenti və rəsmilər Foruma qatılmayıblar. Çünki cexlər polisə şikayət ediblər ki, azərbaycanlılar onları vurub (Səlim Babayevdən bu mövzuda şikayət olunub).    
Müxbirimiz deyir ki, bütün skandalı Ermənistan Pen Klibun prezidenti, Forumdakı erməni nümayəndə heyətinin koordinatoru Boris Novosardyan idarə edir. 



Batum skandalının drijoru Boris Novosardyan


Ermənilər məmnundur


Qeyd edək ki, Forumun azərbaycanlı həmsədri iqtisadçı alim Vüqar Bayramovdur. Bu gün həm də onun sədrliyinin səlahiyyət müddəti bitir. Bu gün seçki keçiriləcək və Foruma yeni həmsədrlər seçiləcək. O cümlədən də milli heyətlərə koordinatorlar da seçiləcək. Azərbaycan heyətinin koordinatoru Sabit Bağırovun seçilməsi gözlənilir. 

P.S. Zalda iştirak edən Forum iştirakçılarından biri musavat.com-a deyib ki,  Gürcüstan prezidenti Marqvelaşvili foruma gəlməsə də, o, forum iştirakçılarına videomüraciət göndərib. Videomüraciət konfrans zalında nümayiş etdirilib. Lakin texniki səbəblərdən onun video-müraciətinə tam halda baxmaq mümkün olmayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR