İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumi Forumundan sensasion xəbər - Vüqar Bayramov beynəlxalq məhkəməyə üz tutdu

4914 22.11.2014 11:37 Son xəbər A A

Avropa Birliyi Şərqi Tərəfdaşlıq  Forumunun  keçmiş həmsədri Vüqar Bayramov Batumi Forumunda Azərbaycan əleyhinə tədbirlərin əsas təşkilatçılarından olan Kristina Vaiciunaiteni  beynəlxalq məhkəməyə verib. Musavat.com bu barədə xəbəri V. Bayramovdan alıb. Belə məlum olub ki, Qarabağ ermənilərinin forumda iştirak etmək istəklərinin qarşısı aldığını əsas gətirərək, Kristina azərbaycanlı həmsədri (Vüqar Bayramovu) ermənilərin forumda iştirakına maneə olmaqda ittiham edib və  arzuolunmaz sözlər işlədib. Sözügedən xanım Batumi Forumunun ilk günündə ermənilərin mövqelərini fəal müdafiə edən şəxs kimi tanınır. O, Cexiyanın Peeople in Need təşkilatı ilə bir yerdə Azərbaycana qarşı diskriminasiya aksiyası təşkil edib. Musavat.com-a o da məlum olub ki, bu təşkilat da son iki ildə Dağlıq Qarabağ ermənilərinin VTC Forumuna müstəqil ölkə təmsilçiləri kimi daxil olması naminə mübarizə aparır. Bu prosesə əsas maneçiliyi də Forumun azərbaycanlı həmsədri V. Bayramov edib. İndi buna görə, ermənipərəstlər V. Bayramova qarşı hərəkətə keçiblər. 
Fotoda soldakı qadın Kristina Vaiciunaite, mərkəzdəki şəxs isə Boris Novosardiyandır

Musavat.com-a məlum olub ki, Kristina Vaiciunaitenin bu hərəkəti İdarə Heyətinin əksər üzvlərinin məyusluğuna səbəb olub.
 
Qeyd edək ki, Kristina Vaiciunaite Avropada ermənipərəst mövqeyinə görə tanınır. Eyni zamanda, Vüqar Bayramov beynəlxalq foruma həmsədrlik edən ilk azərbaycanlı idi. Dünəndən onun səlahiyyət müddəti bitib.

Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR