İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin iş yerində təcavüz biabırçılığı: İsrail bir-birinə dəydi

1432 13.12.2018 15:45 Dünya A A

İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq əlaqələr üzrə mətbuat katibi Devid Keyes şok səbəbdən istefa verib.

Publika.az xəbər verir ki, buna səbəb mətbuat katibinin ABŞ Senatına seçilən Yuliya Salazara cinsi təcavüz etməsi olub.

“Yedioth Ahronoth” qəzetində yer alan xəbərə görə, Devid Keyes məhz buna görə istefa verib. Xəbərdə Netanyahunun istefanı qəbul edərək Keyesə İsrail mediasına verdiyi əməyə görə təşəkkür etdiyi bildirilib.

Qeyd edək ki, İsrail Mülki Xidmət Komissiyası sentyabr ayında apardığı araşdırmadan sonra Keyesin günahının olmadığını açıqlamışdı.

Xatırladaq ki, Devid Keyes 2016-cı ildən bəri 11 qaına cinsi təcavüz ittihamı ilə günahlandırılır. O, Benyamin Netanyahu ilə işləməzdən əvvəl, ABŞ-da yaşadığı illərdə cinsi istismar qalmaqalına qarışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR