İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank işçisi müştərinin kartından 400 min çəkib- 1 manat xərcləmədən həbs edilib

3347 25.01.2019 16:40 Kriminal A A

Müştərinin 400 mindən çox pulunu ələ keçirmək istəyən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bank işçisi olmuş Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Elqar Vəliyev Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda ittiham edilir.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Ə.Vəliyevə cəza istəyib. Prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə E.Vəliyevin vəkili müdafiə çıxışı edib. Vəkil müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini istəyib.

E.Vəliyev son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR