İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil oldu - Foto, video

3224 02.08.2018 20:32 Hadisə A A

Musavat. com xəbər verir ki, bu gün axşam saatlarında sərnişinlə dolu 124 saylı marşrut avtobusu (10-TG-614) "Avtovağzal dairəsi"nin yaxınlığında yerləşən "Ozan" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub. 

Sürücünün bu hərəkəti sərnişinlərin və ətrafdakı şəxslərin qəzəbinə səbəb olub. Sürücü sərnişinləri nə dərəcədə təhlükəyə atdığının fərqində olmayıb. Ümumiyyətlə, yol-hərəkəti qaydalarına görə, sərnişinlərlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması tələblərin pozulmasıdır.

Xatırladaq ki, "Ozan" yanacaqdoldurma məntəqəsində ikinci dəfədir ki, belə vəziyyət yaranır. Bu ilin yanvar ayında da eyni hal yaşanmışdı. Belə ki, 142 nömrəli marşrut üzrə hərəkət edən 10-TG-620 dövlət qeydiyyat nişanlı avtobus sərnişinlə birgə "Ozan" yanacaqdoldurma məntəqəsinə daxil olmuşdu. Şikayətlərdən sonra 142 nömrəli marşrut avtobusun sürücüsü Alıyev Vaqif Qaçay oğlu 15.02.2018-ci il tarixində işdən azad edilmişdi.

Bundan əlavə, "Ozan" yanacaqdoldurma məntəqəsinin yol kənarında yerləşməsi də doğru hesab edilmir. Yolun bir addımılığında olması sürücülər üçün əlverişlidir. Bu səbəbdən də xoşagəlməz mənzərə ilə qarşılaşırlar.

Məlumata görə, haqqında söhbət açdığımız marşrut xəttində fəaliyyət göstərən avtobuslar Qurbanəli adlı şəxsə məxsusdur. Və tez-tez həmin marşrut avtobusları ilə bağlı çoxsaylı narazılıqlar olur.


Məğrur
Musavat.com

0d0b5100-f5df-4b21-8252-fcf59655d220.jpg (123 KB)

Məğrur,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR