İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” filmi təqdim olundu (Video-Foto)

742 24.01.2017 18:26 Son xəbər A A
Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən etibarən ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.

Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan ASGA daha bir layihəyə imza atmaqdadır. 

Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanındaGənclər Fondununmaliyyə,Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24”üntexniki dəstəyi ilə reallaşan"QARABAĞ DÜNƏN, QARABAĞ BUGÜN, QARABAĞ SABAH”layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində qısametrajlı filmin təqdimatının keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində növbəti təqdimat Park Bulvarda yerləşən "Tusi Bohm Planitarium"da baş tutdu. Təqdimatda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri, QHT və Media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovaçaraq layihə çərçivəsində görülən işlərdən danışdı: ” Üç ay davam edən layihə çərçivəsində hazırladığımız film olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq qısametrajlı filmdə həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. Layihə təklifini dəstəkləyən Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib. Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək. Qısametrajlı filmin həm regionlarda, həm də Slavyan ölkələrində təqdimatı da nəzərdə tutulub. Eyni zamanda biz videonu daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq. Ən tez bir zamanda film rus, ingilis və türk dillərində daha geniş auditoriyaya təqdim ediləcək. Mən eyni zamanda ARB media qrupunun rəhbərliyinə, "Arb24” telekanalının rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.”

Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, qeyri-hökumət təşkilatlarının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, habelə milli donorlarımızın bu məsələdə onlara verdiyi dəstək barədə danışdı. O, bu məsələdə qeyri-hökumət təşkilatlarının daha çox səy göstərməsinin, bu bu kimi layihələrin icrasında əsasən xarici auditoriyanın nəzərə alınmasının vacibliyi qeyd etdi. Bildirdi ki, vətəndaş cəmiyyəti institutlarının Qarabağ həqiqətlərinin təbliğində ölkə daxili ilə yanaşı, siyasi qərarların qəbul edildiyi xarici ölkələrdə də iş aparması zəruridir. V.Quliyev Azərbaycanın təbliği işində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyətini qeyd edərək, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” kampaniyasını nümunə göstərdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında rəhbərlik etdiyi qurumun bu istiqamətindəki fəaliyyətindən danışdı. Bu günə qədər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Gənclər Fondu tərəfindən yüzlərlə layihəyə dəstək verildiyini deyən F.Hacıyev bu dəstəyin bundan sonra da davam edəcəyini bildirdi.

Millət vəkili Elşən Musayevçıxışında QHT-lərin bu sahədəki fəaliyyətinin vacib olduğunu dedi. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin təbliğində İKT-nin rolundan danışan deputatlarbu istiqamətdə həyata keçirilən tədbirlərin daha uğurlu olduğunu söylərdilər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdə internet medianın rolundan danışdı. S.Orucov bu kimi filmlərin hazırlanmasının haqq mübarizəmizdə xüsusi rolu olduğunu dedi. YAP Gənclər Birliyinin bu mübarizədə ön sırada getdiyini deyən S.Orucov bu filmin regionlarda daha geniş təqdim olunmasının vacib olduğunu dedi.

"Virtual Qarabağ” İKT Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev isə çıxışında informativ filmlərin gənclərin maarifləndirilməsində böyük rol oynadığını dedi. O, həmçinin televiziyaların imkanlarından istifadə etməklə bu kimi filmlərin dünya miqyasına çıxarılmasının önəmidən danışdı.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə və Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı"Arb24” telekanalının baş direktoru siyasi icmalçı Nadir Şəfiyevə ASGA adından fəxri diplom təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR