İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb

1023 06.10.2016 17:52 Son xəbər A A
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkətində problem yaranıb.
 
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da Bakı-sərnişin stansiyasından hərəkət etməli olan qatar yola düşə bilmir.

Stansiyanın məsul şəxsləri buna səbəb kimi elektrik xətlərində yaranmış nasazlığı göstərirlər.
Nəticədə sərnişinlərin əksəriyyəti həmin vaxta aldıqları biletləri nə qaytara, nə də yola düşə bilirlər. Bu səbəbdən sərnişinlərlə stansiya nəzarətçiləri arasında mübahisə yaranıb.

 Nəzarətçilər biletlər üçün ödənilmiş pulu qaytarmağa səlahiyyətlərinin olmadığını bildirirlər. 
Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlarda birtərəfli biletin qiyməti ekonom-klass üçün 80 qəpik, biznes-klass üçün 1.60 qəpikdir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR