İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri və turistlər su çərşənbəsini necə keçirir - video sorğu

4018 27.02.2018 21:49 Video A A

Məlum olduğu kimi bu gün Novruzun ilk çərşənbəsi - su çərşənbəsidir.

Ənənəyə əsasən Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib olan 4 ünsür – su, od, hava və torpaqla bağlı çərşənbələri qeyd edir. Hər kəs bu çərşənbələri öz adətləri ilə, həmçinin təmtəraqlı keçirməyə çalışır. Maraqlıdır, Bakı sakinləri bu gün Su çərşənbəsini necə qeyd edir?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşları sorğu keçirib. Bakı sakinləri hər il olduğu kimi, bu il də adət-ənənyə uyğun çərşənbə keçirəcəklərini bildirib. Gənclərdən biri isə bir ildən çoxdur ki, nəinki çərşənbələri, ümumiyyətlə Novruz bayramını keçirmədiyini açıqlayıb. Səbəbini isə Novruz bayramının Zərdüştlükdən gəldiyini, bunun üçün bayramın keçirməyin mənasız olduğunu əsaslandırıb.

Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində ölkəmizə çoxsaylı turistlər axın edir. Maraqlıdır, bəs paytaxtda olan turistlərdən kimlər çərşənbəni qeyd edəcək? Əməkdaşlarımız bu məsələni də araşdırmağa çalışıb.

Daha ətraflı videosorğuda:



Xalidə Gəray,
Elçin Əkbər
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR