İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ilk milli saat markası təqdim olundu - FOTOLAR

6390 18.12.2018 21:15 Ölkə A A

VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası “VMF” saatlarının təqdimat mərasimini keçirib.

Musavat.com xəbər verir ki, tədbirdə ictimai şəxslər, incəsənət adamları, media nümayəndələri, saat həvəskarları iştirak ediblər. Tədbiri açılış nitqi ilə açan Vahid Mustafayev şirkətin 20 ildir yarandığını, illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və kurslarından müvəffəqiyyətlə keçdiklərini deyib.

O, kolleksiyaların adı ilə bağlı məlumatlar verərək, "Naxış" kolleksiyasını anasının adına həsr etdiyini bildirib.

Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, tədbirdə iştirak etməsinin səbəbi Vahid və Seyfulla Mustafayev qardaşlarının imza atdıqları yeni layihəyə xeyir-dua verməkdir:

"Bu qardaşların yaratdıqları ANS televiziyası bizim tariximizin ən parlaq səhifələrindən biridir. ANS tariximizin unudulmaz parçasıdır ki, onu silmək mümkün deyil. Hansı yöndən baxsaq da hesab edirəm ki, bu kanalın bağlanması bizim itkimiz oldu. Məni dövlətin və xalqın maraqları daha çox maraqlandırır. O baxımdan da hesab edirəm ki, ANS vacib televiziya idi və yaşamalıydı. O televiziyanı quran Vahid Mustafayevdir. Kanal bağlansa da o, yaşayır. Gərək zirək adamlar batmasınlar. Bu ailə yaşamalıdır. Çünki bu ailə Azərbaycana Çingiz Mustafayev kimi qəhrəman verib. Bu ailə artıq vətən qarşısında borcunu ödəyib. Televiziya bitsə də, qeyd etdiyim kimi Vahid bitməyib və o, bu gün Azərbaycan üçün yeni bir missiyanı həyata keçirir. Hesab edirəm ki, bu işində də o, böyük uğurlara imza atacaq".


Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olunub.

“VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən “Muğam”, “Azman”, “Tor” və “Ulduz” kolleksiyasının elçisidir. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən “Muğam” kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən “Şuşanın dağları” mahnısını canlı ifa edib. Mənsum İbrahimova “VMF saatlarının elçisi” sertifikatı və “Muğam” ailəsindən olan qol saatı təqdim olundu.

“Miras”, “Bulvar” və “Naxış” kolleksiyasının elçisi oldu.

“Naxış” kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan “Qavalla rəqs” canlı olaraq nümyiş etdirildi. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurdu. Təranə Muradovaya “VMF saatlarının elçisi” sertifikatı və “Naxış” ailəsindən olan qol saatı təqdim olundu.

Tədbirdə 12 nəfər müsabiqə nəticəsində VMF markasının saatlarına sahib oldu.

Sonda ictimai şəxslərə, incəsənət adamlarına hədiyyələr təqdim olunub.

7b83a31d-a539-47ac-b368-275ec5f912ce.jpg (320 KB)
 



Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR