İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bütün klubları Avroliqa ilə vidalaşıb

1646 20.07.2018 01:46 İdman A A

Avropa Liqasında Azərbaycanı təmsil edən hər 3 klub mübarizəni erkən dayandırıb.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Keşlə" və "Qəbələ"nin ardından "Neftçi" də elə I təsnifat mərhələsindəcə yarışla vidalaşıb. Flaqman "Uypeşt"lə Macarıstanda keçirdiyi cavab görüşündə 4:0 hesablı məğlubiyyətə uğrayıb. Hesabı 19-cu dəqiqədə kapitan Robert Litauski açıb. Bundan 2 dəqiqə sonra Boyan Sankoviç fərqi artırıb. Meydan sahibləri ikinci hissədə də 2 qol vurub. 50-ci dəqiqədə Donat Joter, 65-ci dəqiqədə isə Obinna Emmanuel Nvobodo fərqlənib.

Beləliklə, "Neftçi" ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab oyununda böyük hesabla məğlub olaraq turnirlə vidalaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR