İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın birinci ledisi “Yeni Müsavat”a danışdı - FOTOLAR

15522 16.11.2015 15:32 Ölkə A A



Türkiyənin ev sahibliyi ilə keçirilən G-20 zirvə toplantısının ikinci günündə də bir sıra toplantılar keçirilir. 

Zirvə törəni üçün möhtəşəm hazırlıqlar həyata keçirmiş Kaya Otelin Mədəniyyət Evində isə G-20 liderlərinin xanımlarının iştirakı ilə maraqlı bir törən düzənlənmişdi. Türkiyənin dünyada daha da tanıdılması məqsədilə düzəlnlənmiş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, həmçinin Yeni Zellandiya, Cənubi Afrika, Hindistan, İspaniya və digər ölkələrin liderlərinin xanımları iştirak edirdi. 

Təqribən 2 saata yaxın davam edən törəndən sonra dünyanın dörd bir tərəfindən gəlmiş media mənsublarına foto və videioşəkilişlər üçün izn verildi. Xanımlar bərabər fotolar çəkdirdikdən sonra Azərbaycan prezidentinin xanımına yaxınlaşıb “Yeni  Müsavat” üçün zirvə toplantısı ilə bağlı dəyərləndirməsini  soruşduq. 

Mehriban Əliyevə qəzetimizə açıqlamasında Türkiyənin G-20 zirvəsində fəxri qonaq statusunda Azərbaycana ünvanladığı dəvətindən məmnunluğunu ifadə etdi və qardaş ölkəyə minnətdarlığını bildirdi: “İlk növbədə təşəkkürümü bildirirəm ki, sayın cümhurbaşqanı bizi zirvə toplantısına  dəvət edib. Əlbəttə, Azərbaycanın burda olmağı çox gözəldir və məncə, hər şey çox uğurlu keçir”. 

Sualımızı səmimi çəkildə cavablandıran Mehriban xanım sonda “Yeni Müsavat”ın əməkdaşı ilə özçəkim etməyə də etiraz etmədi...

Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan da “Yeni Müsavat”ın əməkdaşına açıqlamasında G-20-nin yüksək səviyyədə davam  etdiyini və uğurlu keçdiyini söylədi. Daha sonra birinci xanımlar səmimi şəkildə görüşüb ayrıldılar. Azərbaycan və Türkiyənin birinci ledilərinin səmimiyyəti və ayrılarkən də bir neçə dəqiqə ikilikdə söhbətləşib ayrılmaları xüsusi diqqət çəkdi. Bütün bunlar isə dünyanın nüfuzlu televiziya və qəzet jurnalistlərinin gözü qarşısında baş verdiyindən həm də dost-düşmənə mesaj kimi anlaşıla bilər. Qeyd edək ki, G-20-nin xanımlarla bağlı toplantısı ilk olaraq Türkiyənin ev sahibliyi ilə baş tutdu... 






Elşad PAŞASOY
FOTO: MÜƏLLİFindir
Antalya, G-20
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR