İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda minik avtomobillərinin istehsalı 26 dəfədən çox artıb

617 17.12.2018 23:00 Dünya A A

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 249,7 mln. manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 29,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 24,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı traktor istehsalı 7,4% azalaraq 1 220 ədəd təşkil edib.

Bu müddət ərzində ölkədə 794 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 26,5 dəfə çoxdur.

Bu ilin yanvar-noyabr aylarında mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 3,9% artıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR