İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İran arasında ticarət dövriyyəsi 60 faiz artıb

4223 31.12.2016 00:36 Son xəbər A A
İranın İRNA dövlət agentliyi İran və Azərbaycan əlaqələrini araşdırıb.
 
APA-nın Tehran müxbirinin verdiyi məlumata görə, agentliyin internet səhifəsində  əsas səhifədə Azərbaycan və İran əlaqələrinin inkişafına dair infoqrafika yerləşdirilib. 
 
Belə ki, 2016-cı ildə prezident Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. Ötən 9 ay ərzində  iki prezident üç dəfə görüşüb.  
 
İki ölkə arasında  dövlətlərarası iqtisadi komissiyanın 11 iclası keçirilib. İclaslar 2016-cı ildə  Tehranda və Bakıda təşkil olunub. Məlumatda 2016-cı ildə  ölkələr arasında ticarət dövriyyəsinin  60 faiz artdığı vurğulanıb, iqtisadi əməkdaşlığa dair 40  saziş imzalanıb, daha 21 sazişin imzalanması gündəlikdədir.
 
Məlumatda həmçinin bildirilir ki, iki ölkənin dəmir yollarının birləşdirilməsi, Xudafərin bəndinin təkmilləşdirilməsinə dair imzalanmış sənəd,  Araz çayının üzərində yeni su elektrik stansiyasının tikintisi, Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi, “Şimal-Cənub Dəhlizi” çərçivəsində  dəmir yolu xəttinin  tikintisinin sürətləndirilməsində əməkdaşlığın artırılması və iki ölkə arasında turizmin  inkişaf etdirilməsi 2016-cı ildə qonşu ölkələr  arasında aparılan fəal diplomatiyanın  önəmli nəticəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR